IQNA

Müsəlman və xristian liderləri dinlərin birliyi barədə bəyannamə verib

16:57 - March 03, 2022
Xəbər sayı: 3491847
Afrika müsəlman və xristian dini liderləri dinlərarası dialoqun zəruriliyini vurğulayaraq bəyanat yayıblar.

 "İQNA", "La Croix International"-a istinadən xəbər verir ki, "Abican Bəyannaməsi" adlandırılan bəyanat fevralın 25-də keçirilən birinci Beynəlxalq Dinlərarası Dialoq Simpoziumunun sonunda qəbul edilib.

Fevralın 23-dən 25-dək keçirilən bu simpoziumun mövzusu "Dinlərin əbədi mesajı" olub.

Qərbi Afrikadakı Sahara bölgəsi (Qərbi Sahara) ekstremizm və zorakılıqdan getdikcə daha çox təsirlənir.

Bu səbəbdən son illərdə bu problemlə mübarizə aparmaq üçün simpoziumlar keçirilir.

4039723

captcha