IQNA

Maldiv adalarında halal məhsulların idxalı ilə İslam turizmi böyüyüb

16:56 - March 03, 2022
Xəbər sayı: 3491848
Maldiv adaları ölkədə İslam və halal turizmi inkişaf etdirmək niyyətindədir ki, bu da Maldivi halal sertifikatlı qida idxalı üçün daha böyük bazara çevirə bilər.

"İQNA", "Salam Gateway"-a istinadən xəbər verir ki, Maldiv adalarında halal bazarı halal turizmin genişlənməsi hesabına böyüyəcək. Maldiv adaları hökuməti may ayında halal turizmin satışını təşviq etmək etmək üçün bir kampaniya başlatdı.

Maldivlər Halal Səyahəti (MHT) kimi tanınan kampaniyanın məqsədi Maldiv adalarına, xüsusən də Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan müsəlman turistləri cəlb etməkdir.

MHT dünya üzrə müsəlman tətil paketlərinə tələbatın 189 milyard dollardan çox olduğunu təxmin edir.

Bəzi Maldiv kurortları indi halal yeməklər, alkoqolsuz otaqlar, ayrıca açıq hovuzlar və İslami çimərlik geyimləri təklif edir.

4039644

captcha