IQNA

"Səhihi-Buxari"də və "Səhihi-Müslim"də neçə hədis vardır?

20:56 - March 03, 2022
Xəbər sayı: 3491854
Əhli-sünnənin ən mötəbər hədis məcmuələrindən sayılan “Səhihi-Buxari” 7563 hədisdən ibarətdir.

Əhli-sünnənin ən mötəbər hədis məcmuələrindən sayılan “Səhihi-Buxari” 7563 hədisdən ibarətdir. Lakin eyni hədislər bir neçə yerdə qeyd edildiyi üçün, təkrarları çıxdıqdan sonra 2600-ə yaxın hədis qalır. Bütün hədislər 101 kitabda (bölmə) toplanmışdır.

Buxari kimi, Muslim də öz “Səhih”ini kitablara ayırıb. Ümumilikdə 55 kitabdan ibarət olan “Səhihi-Müslim”də də 7563 hədis vardır; bunların içindən təkrarları çıxsaq, təqribən 4000 hədis qalar. Hər iki kitabda müştərək hədislər çoxdur. Bəzi alimlər iki kitabdakı müştərək hədisləri ayıraraq, onları bir yerə toplamışlar. Bu istiqamətdə klassik alimlərdən Hümeydi, İşbili və İbn əl-Xərratın əsərləri diqqətəlayiqdir. XX əsrdə də bəzi tədqiqatçılar bu istiqamətdə çalışmış və dəyərli əsərlər yaratmışlar.

Mənbə: İslam.az

captcha