IQNA

Beynəlxalq Quran Müsabiqəsində qadınlar arasında yarış keçirilib

10:59 - March 05, 2022
Xəbər sayı: 3491859
Bu gün səhər İran İslam Respublikasının Beynəlxalq Quran Müsabiqəsinin dördüncü günündə növbə qadınlara çatıb. Quranın hifzi və qiraəti sahəsində 20 iştirakçı yarışıb.

"İQNA", xəbər verir ki, Tehran İncəsənət Mərkəzi 38-ci Beynəlxalq Qurani-Kərim Müsabiqəsinin final hissəsində iranlı və digər iştirakçılardan ibarət qadınlar yarışıb.

Qadınlar bölməsinin yarışları səhər saat 08:20-də Quran və Maarif telekanalının aparıcısı Kətayun Dərvişin qiraəti ilə başlayıb.

İrandan Məryəm Sabzəzari, İndoneziyadan Nadi Noor Fatimə, Şri Lankadan Həsifə Noman Muhəmməd, Livandan Fatimə Salami Tələbələrin qiraət bölməsində yarışıblar.

Zəhra Xəlili, Türkiyədən Hümeyra Koneş, Tanzaniyadan Əsma Saleh və İndoneziyadan Əsi Funazi tələbələrin bütün Quranı əzbərləmə sahəsində bir-birləri ilə yarışıblar.

Bu müsabiqədə müxtəlif ölkələrdən olan münsiflər heyəti də hakimlik ediblər.

4040211

captcha