"İQNA", Nayrobidən xəbər verir ki, bu mərasim dünən, martın 7-də İranın Nayrobidəki səfiri, Nayrobinin Keniya parlamentindəki nümayəndəsi Cəfər Bərməkinin və bir sıra müsəlman alim və müsəlmanların iştirakı ilə keçirilib.
Keniya şiələrinin ruhani lideri Şeyx Abdullah Nasir 1932-ci ildə Keniyanın Mombasa şəhərində anadan olub və 90 yaşında vəfat edib.
O, böyük mütəfəkkir idi və dini kitabların yazılmasına çox böyük töhfə vermişdir. Şərqi və Mərkəzi Afrikada bir çox insanlar onun yazdığı kitabları oxuyaraq Əhli-beytin davamçılarına çevriliblər.
Mombasanın önəmli sünni vaiz və alimi olan Abdullahi Nasir 1975-ci ildə şiəliyi qəbul etmişdi.