IQNA

Pakistanda "Aləmlərə Rəhmət" Milli Mərkəzinin açılışı olub

10:48 - March 09, 2022
Xəbər sayı: 3491885
"Aləmlərə Rəhmət" Milli Mərkəzi Pakistanın Baş naziri İmran Xanın iştirak etdiyi mərasimdə açılıb.

"İQNA", xəbər verir ki, İmran Xan bu mərasimdə İslamın əmrlərinə əməl etməyin vacibliyini vurğulayaraq deyib: "Təəssüflər olsun ki, Qərb öz yanlış yanaşmaları ucbatından üzüaşağı gedir, belə ki, Qərb ölkələrində ailə təməlləri dağılır."

O, Pakistandakı sosial problemlərə işarə edərək əlavə edib ki, əgər bu gün Pakistanda əxlaqi problemlərlə üzləşiriksə, bunun səbəbi İslamdan uzaqlıq və dini inanclar haqqında məlumatın olmamasıdır.

Pakistanın baş naziri deyib ki, Peyğəmbərin (s) tərcümeyi-halını diqqətlə mütaliə edəndə içimdə bir inqilab baş verdiyini hiss etdim.

Ravalpindidəki İran Mədəniyyət Evinin verdiyi məlumatına görə, "Aləmlərə Rəhmət" Milli Mərkəzi İslami təhsili və ilhamverici akademik araşdırmalara təşviq etmək üçün 2021-ci ildə İmran Xan tərəfindən təsis edilmiş dövlət qurumudur.

O, həmçinin İslamı beynəlxalq ictimaiyyətə izah etmək vəzifəsini daşıyacaq.

İslam standartlarına əsaslanan cəmiyyətdə düzgün mədəniyyətlə cinayətlərin və sosial əxlaqi problemlərin azaldılması Pakistanda bu milli mərkəzin yaradılmasının digər məqsədidir.

4041421

captcha