IQNA

İngiltərədə sənət dili ilə İmam Hüseynə (ə) məhəbbət nümayiş etdirilib

9:42 - March 09, 2022
Xəbər sayı: 3491886
Üç vilayət nurunun mübarək mövludu zamanında 2022-ci il Şəban ayının üçüncü günü "Quran" tələbələri İngiltərə İslam Mərkəzində iştirak edərək, Hüseyn İbn Əliyə (ə) sevgilərini sənət dili ilə nümayiş etdirdilər.

"İQNA", xəbər verir ki, İngiltərə İslam Mərkəzinin Tibyan məktəbinin 10-15 yaş qrupundakı Quran tələbələri bu sənət konfransında İmam Hüseyn (ə), Həzrət Abbas (ə) və  İmam Səccadın (ə) mübarək mövludu şərəfinə rəssamlıq edərək öz sənət qabiliyyətlərini nümayiş etdiriblər.

Tələbələrdən bəziləri İmam Hüseynin (ə), bəziləri vilayətin bayraqdarı adı ilə Həzrət Abbasın (ə) bayrağını, bəziləri isə Əba Abdullahın (ə) Əhli-beytinin şəklini çəkiblər.

İngiltərə İslam Mərkəzinin məlumatına görə, bu proqramda bəzi tələbələr İmam Hüseynin (ə) adı ilə bəzədilmiş tortlar və şirniyyatlar bişiriblər. Bununla da öz bədii qüdrətlərini və Əhli-Beytə (ə) məhəbbətlərini başqa bir şəkildə göstərməyə çalışıblar.

 

4041342

captcha