IQNA

Qadınların Quranşünaslığının gücləndirilməsi üçün seminar keçirilib

20:38 - March 13, 2022
Xəbər sayı: 3491909
Hindistanın Əliqarh Universitetinin Quran Araşdırmaları Mərkəzi tərəfindən qadınlar üçün Quranşünaslığın gücləndirilməsi ilə bağlı seminar keçirilib.

"İQNA", "Dayari Induction"-a istinadən xəbər verir ki, Hindistanda qadınların Quran öyrənmələrini gücləndirmək yollarına həsr olunmuş vebinar keçirilib. Ekspertlər Qurani-Kərimin qiraətinin zərurətini, Quranın qiraət qaydalarını öyrənmək, təfsir və nazilolma səbəblərini anlamaq və Quranın göstərişlərinə əməl etməyin vacibliyini araşdırıblar.

İslam elmləri üzrə tədqiqatçı Mövlana Cərcis Kərimi deyib: "Hər bir mömin müsəlman Müqəddəs Kitabı oxumaqla və onun mənalarına əsaslanaraq ilahi rizaya nail olmağı ümid edir."

Əliqarh İslam Elmləri Məktəbinin müəllimi Mövlana Tariq Əyyubi çıxışında qadınların beynəlxalq ictimaiyyətdə iştirakı ilə bağlı İslami maarifləndirmənin artırılmasından danışıb.

4042163

captcha