IQNA

Halal Sənaye Fəalları Expo 2022 Canada-da toplaşır

14:36 - March 14, 2022
Xəbər sayı: 3491917
Şimali Amerikada ən böyük belə tədbir olan Canada Halal Exhibition 2022, may ayında artan halal bazarının fəallarını bir araya gətirir.

"İQNA", xəbər verir ki, Halal Expo Canada 2022, böyüyən Şimali Amerika halal bazarının qapısı olaraq, ən yüksək keyfiyyətli halal sənayesi məhsul və xidmətlərini təklif edir. Bura dünyanın şərqindən və qərbindən halal məhsul və xidmətlərin alıcıları və tədarükçüləri üçün görüş yeridir.

Bu sərgidə 12 seminar keçiriləcək. Orada dörd mindən çox insan iştirak edəcək. Həmçinin 200 şirkət də öz məhsullarını təqdim edəcək.

Məhsullar qida və içkilərdən dərmana və kosmetikaya, maliyyədən elektron ticarətə və logistikadan turizmə və digər məhsulları əhatə edəcək.

Bu sərgidə halal sənayesinin bütün fəalları bir dam altında birləşərək treyderlər və alıcılar üçün şəbəkə qurmaq və bazar təcrübələrini bölüşmək üçün ideal platforma təqdim edirlər.

Expo 2022 sərgisində bu sahədə tələbatın sürətlə artmasına səbəb ola biləcək ən son halal məhsul və xidmətləri təqdim olunacaq.

Expo 2022 Canada 12-14 May tarixlərində keçiriləcək.

4042292

captcha