IQNA

22:18 - March 16, 2022
Xəbər sayı: 3491932
İngiltərə İslam Mərkəzinin Quran tələbələri və müəllimləri mərhum Quran xidmətçisi və müəllimi Əli Ramazan Əl-Əvsinin iyirmi illik təhsil xidmətlərindən sonra onun üçün anım mərasimi keçiriblər.

"İQNA", xəbər verir ki, bu mərasimdə Tibyan məktəbinin şagirdləri və müəllimləri Əli Ramazan Əl-Əvsi üçün şam yandıraraq, Quran tilavət ediblər. Həmçinin onun xüsusiyyətlərindən danışaraq onun xatirəsini ehtiramla yad ediblər.

Əli Ramazan Əl-Əvsi Tibyan məktəbinin direktoru idi. Quranın tədrisi sahəsində iyirmi ildən artıq xidmətləri olmuşdu.

Qeyd edək ki, Əli Ramazan Əl-Avsi Londondakı Dünya İslam Elmləri Universitetinin ustadı və Böyük Britaniyada yaşayan iraqlı Quran tədqiqatçısı idi. O, martın 7-də Londonda bir müddət xəstəlikdən yatdıqdan sonra vəfat etmişdi.

Əl-Əvsi həmişə İslam məzhəblərini bir-birinə yaxınlaşdırmağa çalışırdı. O, dəfələrlə şiə və sünnilər arasında keçirilən konfransların katibi təyin edilmişdi.

4043379

Ad:
E-poçt:
* Comment:
* captcha: