IQNA

Məscidül-həramın Quran dərnəkləri fəaliyyətə başlayıb

20:06 - March 19, 2022
Xəbər sayı: 3491942
Məscidül-həramın hifz və qiraət məşğələləri dərnəklərinin fəaliyyəti Corona qadağaları götürüldükdən sonra bərpa edilib.

"İQNA", Alkhaleej365.com" xəbər saytına istinadən xəbər verir ki, Məscidül-həram və Məscidun-Nəbinin (s) Ümumi Müdirliyinə bağlı İrşad İşləri idarəsi elan edib: "Corona məhdudiyyətlərinin aradan qaldırılmasından sonra Məscidül-həramda Qurani-Kərimin əzbərlənməsi və tilavəti üzrə 5 kurs öz fəaliyyətini bərpa edib."

Məscidül-həramın Quran dairələri şöbəsinin müdiri Bədrul-Məhmadi bununla bağlı deyib: "Bu Quran tədris kursları axşam saatlarında keçirilir."

Bədrul-Məhmadi bu Quran dərnəklərində zəvvarların getdikcə artmasına toxunaraq deyib ki, bu Quran məclislərində iştirak etmək üçün hələ də qabaqlayıcı tədbirlərə riayət etmək və maska ​​taxmaq lazımdır. Bu Quran tədbirinin keçirilməsində məqsəd zəvvarların bu mənəvi məkandan daha çox faydalanması üçün zəmin yaratmaqdır.

4043818

captcha