IQNA

Hindistanın təhsil müəssisələrində hicabın qadağan olunmasını tələb edirlər

20:07 - March 19, 2022
Xəbər sayı: 3491943
Karnataka əyalətinin təhsil müəssisələrində hicaba qadağa qoyulduqdan sonra hindu ekstremist qrupları Hindistanın digər əyalətlərində də təhsil müəssisələrində islami hicabın qadağan olunmasını tələb ediblər.

"İQNA", "TRT" Ərəb bölümünə istinadən xəbər verir ki, Hindu ekstremist qrupları Hindistanın digər əyalətlərindəki təhsil müəssisələrində də hicabın qadağan olunmasını tələb edirlər.

Bu addım Karnatakada məhkəmənin hicab qadağasını təsdiq etməsindən və qadağaya etiraz edən müsəlmanlara xəbərdarlıq etməsindən sonra atılıb.

Qadağanın əleyhinə olanlar deyirlər ki, bu addım Hindistanın 1,35 milyard əhalisinin 13 faizini təşkil edən müsəlmanların marginallaşdırılması istiqamətində atılan növbəti addımdır.

4043679

captcha