IQNA

Fransa məhkəməsi bir məscidin bağlanma qərarını ləğv edib

20:16 - March 25, 2022
Xəbər sayı: 3491970
Fransa məhkəməsi hökumətin Bordo şəhəri yaxınlığındakı məscidin bağlanması ilə bağlı qərarını ləğv edib.

"İQNA", "TRT"-yə istinadən xəbər verir ki, Əl-Faruq məscidinin vəkili Sefen Guez Guez Bordo İnzibati Məhkəməsinin Girond Qubernatorluğunun 6 ay müddətinə məscidin bağlanması ilə bağlı 14 mart qərarını ləğv etdiyini bildirib.

O, məhkəmənin qərarının son illərdə məscidlərin ədalətsiz olaraq bağlanmasına qarşı bir hərəkət olduğunu qeyd edərək əlavə etdi: "İndi müsəlmanlar bu məscidə toplaşa bilərlər."

Bordo yaxınlığındakı Paşak rayonunda yerləşən Əl-Faruq məscidi radikal İslamı müdafiə etmək ittihamı ilə bağlanmışdı.

4044856

captcha