IQNA

Mərakeşdə doqquzuncu halal məhsulların sərgisi açılıb

8:46 - April 02, 2022
Xəbər sayı: 3491995
Doqquzuncu "Mahal Expo" sərgisi Mərakeşdə halal məhsulların bazar fəallarına, o cümlədən alıcılara, şirkətlərə və investorlara xidmət göstərmək məqsədi ilə keçirilir.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Mərakeşdəki sərgi iştirakçılarının əksəriyyəti qida və kosmetika şirkətləridir. Bu şirkətlər halal məhsulları Yaxın Şərqin böyük bazarlarına çıxartmaq məqsədilə bu sərgidə iştirak etmək istədiklərini açıqlayıblar.

Sərgi çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlər də keçirilir. İstehsalçı şirkətlər öz mallarının müxtəlif regional və qlobal bazarlara paylanmasını və ixracını genişləndirmək üçün əsas distribyutorlar və ixracatçılarla danışıqlar apara bilərlər.

4045848

captcha