IQNA

Astan Hüseyni Ramazan ayında 146 Quran xətm etməyi planlaşdırır

5:52 - April 03, 2022
Xəbər sayı: 3492000
Astan Hüseyninin Darul-Quranı və onun İraqın müxtəlif əyalətlərindəki şöbələri, bu ilin Ramazan ayında ölkənin müxtəlif bölgələrində 146 Quran tilavəti və xətm etmə mərasimi təşkil edəcək.

"İQNA", Astan Hüseyni Məlumat Mərkəzinə istinadən xəbər verir ki, İmam Hüseynin (ə) Müqəddəs Astanının Darul-Quranı Ramazan ayında fəaliyyətlər və xüsusi Quran proqramları keçirməyə hazırlaşır.

Astan Hüseyninin Darul-Quranının Media Mərkəzinin rəhbəri Səfa əl-Silavi deyib: "Astan Hüseyninin Darul-Quranı və onun İraqın müxtəlif əyalətlərindəki şöbələri, bu ilin Ramazan ayında ölkənin müxtəlif bölgələrində 146 Quran tilavəti və xətm etməyi mərasimi təşkil edəcək."

Əl-Silavi bildirib ki, iraqlı tələbələr üçün Quran tilavəti mərasimi və qrup yarışları və bu xüsusi proqramların "Kərbəla" Quran peyk şəbəkəsi tərəfindən yayımlanması və qadınlar üçün Quran tilavəti mərasimlərinin icrası Ramazan ayının digər Quran proqramlarındandır.

4045930

 

captcha