IQNA

Dünya klub və futbolçuları Ramazan ayının gəlişi münasibətilə təbrik mesajı veriblər

19:53 - April 03, 2022
Xəbər sayı: 3492002
Bəzi müsəlman futbolçular və Avropa klubları rəsmi sosial media hesabları vasitəsilə müsəlmanları müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik ediblər.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Dünyanın bəzi futbol ulduzları və klubları müqəddəs Ramazan ayının gəlişi münasibətilə müsəlmanları təbrik ediblər.

İlk təbrik edənlərdən biri türkəsilli alman ulduz Məsud Özil olub. O, İnstaqram səhifəsində ərəbcə yazıb: "Ramazan ayının gəlişi münasibəti ilə hamınızı təbrik edirəm. Allah tutduğunuz orucları, dualarınızı və bütün itaətlərinizi qəbul etsin."

Mançester Yunaytedin fransalı ulduzu Pol Poqba da Twitter hesabında yazıb: "Bütün müsəlman bacı və qardaşlarımın Ramazan ayı mübarək olsun."

Həmçinin Fransa millisinin və "Bavariya"nın keçmiş ulduzu Frank Riberi müsəlmanları təbrik edərək, Allah-Təaladan tutduqları oruc və duaların qəbul olmasını diləyib.

İspaniyanın "Real Madrid" klubu da müsəlmanları müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edib. Mesajda deyilir: "Real Madrid" ailəsi adından Ramazan ayının gəlişi münasibətilə sizi təbrik edirik.

İngiltərənin Arsenal klubu da tvitində yazıb: "Bu ayı qeyd edən hər kəsi Ramazan ayının gəlişi münasibəti ilə təbrik edirik."

İtaliyanın "Milan" klubu da bununla bağlı tvitində yazıb: "Ramazan ayınız mübarək! Bu ayın bütün pərəstişkarlarımıza xoşbəxtlik və sevinc gətirməsini arzu edirik."

4046211

captcha