IQNA

Ramazan ayı niyə əhəmiyyətlidir?

9:03 - April 04, 2022
Xəbər sayı: 3492008
Ramazan ayında müsəlmanlar digər dövrlərdən fərqli və xüsusi əhəmiyyət kəsb edən ayin və əməlləri yerinə yetirirlər. Amma bu əhəmiyyətin səbəbi nədir?

Təfsir və Quran müəllimi Möhsin Qəraiti Ramazan ayının əhəmiyyəti və onun əhəmiyyətinin səbəbləri ilə bağlı bəzi məqamları qeyd edib ki, bunları aşağıda oxuya bilərsiniz:

Ramazan ayı Qurana görə əhəmiyyətlidir. Allah Ramazan ayını tanıtdırmaq istəyəndə buyurur: "Ramazan ayı Quranın nazil olduğu bir aydır." (Bəqərə, ayə 185). Oruc tutduğumuz ay demir. Bu ayda baş verən digər kamilliklərə işarə etmir.

Maşında problem yarananda, hərəkət etməsi üçün onu üzüaşağı qərar verməliyik. Qurana diqqəti islah etməyin yolu Ramazan ayıdır. Ramazan ayı Qurana az diqqət etməyi və ya diqqətsizliyi kompensasiya etmək üçün yaxşı fürsətdir.

Qurani-Kərimdə təfsir və təfəkkür etmək vacib sayılmalıdır. Çünki Quran, ayələr barədə düşünməyənləri məzəmmət edir: "Məgər onlar bu Quran barəsində düşünmürlər, yoxsa ürəklərinə onun qıfılları vurulmuşdur?" (Muhəmməd, ayə 24). Bu məzəmmət, təfəkkürün vacib olduğunu bildirir. Çünki Allah cümə qüslü və gecə namazı kimi müstəhəbb və kiçik işlərə görə məzəmmət etməz. Allahın bu mövzuda iki məzəmməti var. Əvvəlcə deyir: "Məgər onlar bu Quran barəsində düşünmürlər?"

Sonra deyir: "Yoxsa ürəklərinə onun qıfılları vurulmuşdur?" "Bu başqa bir məzəmmətdir. Müstəhəbb və kiçik işlərə görə ard-arda iki məzəmmət etməz! Bu səbəbdən də Quranda təfəkkür vacibdir."

Ramazan ayı həm də Qurana daha çox diqqət yetirdiyi üçün xüsusi əhəmiyyət kəsb edir. "Tədəbbür" Quranın bütün mənaları haqqında dərindən düşünmək üçün istifadə etdiyi xüsusi bir termindir. Tədəbbürün dəqiq mənası Quranda edilən hikmətli nizamı qəbul etməkdir.

3964421

captcha