IQNA

Quranın əlyazmalarını tanıtdırmaq üçün Ramazan proqramı hazırlanıb

10:25 - April 05, 2022
Xəbər sayı: 3492011
Qətər Milli Kitabxanası müqəddəs Ramazan ayı münasibətilə Qurani-Kərimin və Peyğəmbərin (s) həyat tərzinin nadir əlyazmalarını tanıtdırmaq üçün proqramlar hazırladığını açıqlayıb.

"İQNA", "Əş-şərq"-ə istinadən xəbər verir ki, Qətər Milli Kitabxanasının müqəddəs Ramazan ayı münasibətilə ictimaiyyətin Quran əlyazmaları, onun sənəti və adət-ənənələri haqqında biliklərini zənginləşdirmək məqsədi ilə proqramlara start verməsi planlaşdırılır. Həmçinin Peyğəmbərin (s) həyat tərzini və səhabələrin fəzilətlərini uşaqlara tanıtmaq məqsədi ilə proqramların keçirilməsi planlaşdırılır.

Aprelin 13-də "Nadir nüsxələrdən Quran tilavəti" adlı sessiya keçiriləcək. İştirakçılar hicri birinci əsrlərə aid olan işarə və nöqtəsiz hicazi və kufi qrafikası ilə yazılmış "Müshəflərdən" Quranı oxuyacaqlar.

Aprelin 5-də Qətər Milli Kitabxanası dünyanın müxtəlif mədəniyyətlərində Ramazan ayı haqqında ümumi məlumat verən virtual konfrans təşkil edir. Bu kitabxana həmçinin 5, 12, 19 və 26 aprel tarixlərində şücaət, güc, eşq, elm və səbrin fəzilətlərini araşdıran "Yaxşı Nümunə" adlı proqram təqdim edəcək.

4046446

captcha