IQNA

Liviyada qədim Quranlar yenilənib

15:01 - April 06, 2022
Xəbər sayı: 3492017
Müqəddəs Ramazan ayının gəlişi ilə bir qrup könüllü Liviyanın paytaxtı Tripolidə qədim və ya zədələnmiş Quranları yeniləmək üçün gecə-gündüz işləyir.

"İQNA", "Frans 24"-ə istinadən xəbər verir ki, Liviyanın ən məşhur Qurani-Kərim bərpaçılarından biri olan Xalid əl-Dərbi Ramazan ayında müştərilərin böyük ehtiyaclarını ödəmək üçün hər gün Tripolidəki emalatxanaya gələn sənətkarlardan biridir.

Əl-Dərbi Fransa xəbər agentliyinə bildirib ki, yeni Quran alışları ənənəvi olaraq Ramazandan əvvəl artır. Lakin Liviyada bu yaxınlarda bu mövzu dəyişib.

Liviyada qədim Quranlar yenilənib

O əlavə edib ki, bir çoxları üçün bu müqəddəs kitabın alınması, xüsusən də hökumətin Liviyada Qurani-Kərimin çapını dayandırdıqdan sonra çətinləşib.

Əl-Dərbi deyir ki, Quran almaq xərcləri artıb və buna görə də qədim Quranların bərpasına istək artıb.

4046704

Teqlər: liviya ، qədim ، quran ، Tripoli ، ramazan
captcha