IQNA

"Nur təfsiri" ingilis dilində Kiberməkana yüklənib

9:34 - April 06, 2022
Xəbər sayı: 3492018
İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının Beynəlxalq Təbliğat Bürosu Höccətül-İslam vəl-Müslimin Möhsin Qəraətinin "Nur təfsiri"nin məzmununu ehtiva edən 1950 filmi "Google Drive"dan yükləmək imkanı verib.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, Höccətül-İslam vəl-Muslimin Möhsin Qəraətinin "Nur təfsiri"nin məzmununu ehtiva edən 57 surə şəklində 1950 filmi Höccətül-İslam vəl-Müslimin Seyyid Mahmud Musəvi tərəfindən ingilis dilində icra olunub. O, İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının Beynəlxalq Təbliğat Bürosu tərəfindən hazırlanıb və ingilisdilli auditoriyaların istifadəsini asanlaşdırmaq məqsədi ilə "Google Drive"a yüklənib.

Qurani-Kərimin ilk 10 surəsini və Quranın son iki hissəsini, o cümlədən 47 surəni özündə əks etdirən bu topluda cəmi 5000 çəkilmiş proqramdan 2000-ə yaxın proqram yekunlaşdırılaraq təqdim edilib. Qalan surələr də tezliklə tərtib olunaraq maraqlananların ixtiyarına veriləcək.

4046874

captcha