IQNA

Qazaxıstanda "Əsmaullah" adlı Ramazan sərgisi açılıb

17:32 - April 07, 2022
Xəbər sayı: 3492024
Qazaxıstanın Quran tələbələri Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Ramazan ayı münasibətilə "Əsməullah" adlı virtual xəttatlıq sərgisi təşkil olunub.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, bu təşkilat, Quran tələbələri Təşkilatı, İQNA Xəbər Agentliyi və İranın Qazaxıstandakı Mədəniyyət Müşavirinin həmkarlığı ilə Ramazan ayı münasibəti ilə "Əsmaullah" adlı bu sərgini milli və beynəlxalq sərgilər şəklində keçirir. Orada İranın tanınmış tələbə və ustadlarının əsərləri virtual olaraq yüklənir və Qazaxıstandakı İran Mədəniyyət Şurasının sosial şəbəkələrində nümayiş etdirilir.

Bu sərginin məqsədi Quranın gözəlliklərini və Allahın adlarını nümayiş etdirmək üçün sənət dilindən istifadə etməkdir. Həmçinin milli və beynəlxalq səviyyədə akademiklər və şəxsiyyətlər arasında Qurani Kərim haqqında bədii, media və təbliğat əlaqələrini və qarşılıqlı əlaqələri gücləndirməkdir.

Qeyd etmək lazımdır ki, "Əsmaullah" virtual sərgisinə aprelin 4-dən mayın 1-dək "artspaces.kunstmatrix.com" saytında baxmaq olar.

4047158

captcha