IQNA

İranlı Qari Ərəbistanda keçirilən azan və Quran yarışlarında 1/4 finala yüksəlib

19:20 - April 09, 2022
Xəbər sayı: 3492031
Səudiyyə Ərəbistanının Ciddə şəhərində dünyanın müxtəlif ölkələrindən on minlərlə insanın iştirakı ilə "Ətrul-Kəlam" adlı Səudiyyə Quran və Azan Yarışı başlayıb. Dünən, aprelin 8-də axşam saatlarında 1/4 finalın qalibləri müəyyənləşib.

"İQNA", "MəkkəNews"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Ətrül-Quran" adlı Beynəlxalq Azan və Quran Yarışmasının birinci mərhələsi cümə günü, aprelin 8-də keçirilib. Bu günlər ərzində yarışların birinci mərhələsinə keçən 36 nəfər arasından 4 iştirakçı seçilib.

Ötən gecə münsiflər heyətinin səsi ilə 1/4 finala yüksələnlərdən biri də İranın Xuzistan şəhərindən olan iranlı qiraətçi Seyid Casim Musəvi olub.

“Ətrül-Kəlam” adı altında keçirilən bu yarışlar Ramazan ayının ilk günündən başlayıb. Ramazan ayında Səudiyyə dövlət televiziyası ilə yayımlanacaq yarışmaya 80 ölkədən 40 mindən çox iştirakçı qatılıb.

4047837

 

Teqlər: qari ، ərəbistan ، iran ، azan ، quran
captcha