IQNA

Türkiyədə yeni uşaq Quran tədris mərkəzinin açılışı olub

9:30 - April 10, 2022
Xəbər sayı: 3492036
Türkiyənin Diyanət İşləri Təşkilatı ölkənin Qaziantep bölgəsində 4-6 yaş arası uşaqlara Qurani-Kərimin öyrədilməsi üçün mərkəz açıb.

"İQNA", Türkiyə xəbər agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Diyanət İşləri Nazirliyi aprelin 7-də Türkiyənin cənubundakı Qaziantepin Şahin bəy rayonunda 4-6 yaşlı uşaqlar üçün Quran-ı Kərim Tədris və Hifz Mərkəzinin açılışını edib.

Açılış mərasimində Türkiyənin Diyanət İşləri nazirinin müavini Burhan Eşlian, bir sıra icra və hökumət rəsmiləri iştirak ediblər.

Mərasimdə çıxış edən Eşlian bildirib ki, bu yer təkcə Quran tədrisi yeri deyil, həm də əxlaq, ədəb və namazın tədris olunduğu yerdir.

O, əlavə edib ki,  uşaqlar burada gözəl dua etməyi öyrənirlər. Onlara pak toxumlar əkilir ki, bu da onların həyatları boyu hər cür pisliklərdən uzaq olmasına kömək edir.

4047734

captcha