Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı Bosniya Fars Kolleci Kompleksi Ramazan ayı münasibətilə Quran tilavəti proqramı təşkil edib.

"İQNA", Sarayevodan xəbər verir ki, Bosniya Fars Kolleci Kompleksi bu il də ötən illərin xoş ənənəsinə uyğun olaraq, Ramazan ayı münasibəti ilə gündəlik maarifləndirici fəaliyyətləri ilə yanaşı, Ramazan ayının mənəvi ab-havasına uyğun müxtəlif proqramlar keçirib.
Bu kompleksdə Ramazan ayı ərzində kompleksin tələbələri, ustad-müəllim heyəti və əməkdaşları tərəfindən Quran tilavəti ilə yanaşı, hər gün xüsusi proqramlar, o cümlədən hər sinifdə Quran yarışları və mühazirələr keçirilir.
Məlumata görə, orucluq ayının sonunda Bosniya Fars Kolleci Kompleksi tərəfindən kompleksin proqramlarının bütün fəal iştirakçılarına mükafatlar veriləcək.