"İQNA", "Nikki Ija"-ya istinadən xəbər verir ki, Qlobal İslam İqtisadiyyatı İndeksi Malayziyanı inkişaf edən İslam maliyyələşdirmə bazarına və geniş çeşiddə halal məhsul və xidmətlərə görə 81 İslam ölkəsi arasında birinci adlandırıb.
Ardıcıl doqquzuncu ildir ki, Malayziya xüsusilə İslam maliyyəsində yüksək nəticə əldə edib. İslam qanunlarına uyğun olaraq aktivlərin dəyərində 20 faiz artımı olub.
İndoneziya ümumi sıralamada dördüncüdür. Bu ölkədə pərakəndə müştərilər və kiçik bizneslər üçün rəqəmsal maliyyələşdirmə də daxil olmaqla İslam fintech-si böyüyüb.