"İQNA", BƏƏ xəbər agentliyinə istinadən xəbər verir ki, 25-ci Dubay Quran Müsabiqəsinin 11-ci gecəsi keçirilib.
Bu gecədə Cibutidən Hüseyn Came Hüseyn, Zimbabvedən Zeyd İsmayıl, Liberiyadan Mamadou Bi Baldi və pakistanlı Əhməd Akaşə, Quranı Həfsin Asimdən rəvayətinə əsasən əzbərləyiblər. Tunisli Uveys də Quranı Qalunun rəvayətinə əsasən, əzbərləyib. Onlar bu sahədə bir-birləri ilə yarışıblar.
Müsabiqə komitəsinin sədri İbrahim Məhəmməd Bumelehə və komitə üzvləri Dubay Beynəlxalq Müsabiqəsinə verdikləri dəstəyə görə sponsorlar təşəkkür ediblər.
Püşkatma yolu ilə seçilən bir qrup iştirakçıya mükafatlar da təqdim olunub.
4048919