IQNA

Ramazan ayının son ongünlüyündə Əlcəzair Quran yarışları keçiriləcək

17:06 - April 14, 2022
Xəbər sayı: 3492062
Əlcəzairin Dini İşlər və Vəqflər Nazirliyi Ramazan ayının son ongünlüyündə ölkənin müxtəlif əyalətlərindən olan nümayəndələrin iştirakı ilə Qurani-Kərim üçün milli müsabiqə keçirəcək.

"İQNA", Əlcəzair Xəbər Agentliyinə istinadən xəbər verir ki, Əlcəzair Dini İşlər və Vəqflər Nazirliyinin Quran təhsili şöbəsinin müdiri Məsud Məyad deyib: "Əyalətlərin yüksək səviyyəli nümayəndələrinin Milli Qurani-Kərim yarışmasında iştirak etmələri üçün Əlcəzair Quran Müsabiqəsinin əyalət mərhələsinə start verilib."

O əlavə edib ki, bu yarışlar Əlcəzairin 58 vilayətində Quran hifzi sahəsində keçirilib.

Əyalət qalibləri müqəddəs Ramazan ayının son ongünlüyündə virtual olaraq keçiriləcək respublika yarışlarında iştirak edəcəklər.

Onun sözlərinə görə, Ramazan ayının 27-si gecəsi milli Quran yarışlarının nəticələrinin elan edilməsi mərasimi keçiriləcək. Qaliblərə hədiyyələr veriləcək.

4048975

captcha