IQNA

Hindistan siyasətçisi: "Məscidlərin səsgücləndiricilərini toplayın"

8:29 - April 16, 2022
Xəbər sayı: 3492069
Hindistanın ifratçı sağçılarına bağlı partiyanın lideri, Maharaştra əyalətinin hökumətinə bütün məscidlərdən səsgücləndiriciləri toplamaq üçün ultimatum verib.

"İQNA", "India Today"-yə istinadən xəbər verir ki, MNS partiyasının rəhbəri Rac Takeri ultimatum verərək bildirib ki, əyalət hökuməti bunu mayın 3-dək etməlidir.

"Əgər əyalət hökuməti mayın 3-nə qədər məscidlərdən səsgücləndiriciləri yığışdırmasa, MNS üzvləri məscidlərin qarşısında Hindu dini himnini (Hanuman Çalisa) ifa edəcəklər", - deyə Takri çərşənbə axşamı ictimai toplantıda bildirib.

Aprelin əvvəlində Rac Takeri elan etmişdi ki, əyalət hökuməti səsgücləndiricilərin başqaları üçün narahatlıq yaratdığını iddia edərək, bütün məscidlərdən toplanmasını istəmişdi.

Rac Takerinin çıxışından sonra bir çox MNS tərəfdarları məscidlər qarşısında "Hanuman Çalisa"nı yayımlamağa başlamışdı və bu, polisin müdaxiləsi ilə yekunlaşmışdı.

4049221

captcha