IQNA

Mübarək Ramazan ayının səhərinin ədəbləri

8:28 - April 16, 2022
Xəbər sayı: 3492071
Səhərlər möminlərin Allaha dua etməklə mənəvi ruzi və bərəkət aldıqları xüsusi vaxtlardan biridir. Mübarək Ramazan ayında bu xüsusi anlar ikiqat əhəmiyyətlidir.

Rəvayətlərə görə, kim səhər vaxtı oyansa, dəstəmaz alıb, heç kimlə danışmadan iki rükət namaz qılarsa, onun arxasında namaz qılmaq üçün iki sıra mələk durar.

Oruc tutmaq istəyənin səhər qalxıb bir şey yeməsi, hətta xurma da olsa, müstəhəbdir. Həzrət Peyğəmbərdən (s) rəvayət olunur ki, buyurub: "Səhər (sübh vaxtı yemək) yemək bərəkətdir." Başqa bir hədisdə belə buyurulur: "Mənim ümmətim bir xurma da olsa, heç vaxt səhər yeməyini tərk etməsinlər." Başqa bir hədisdə gəlmişdir ki, "səhər yeməyini bir qurtum su da olsa, mütləq yeyin."

O Həzrət, həmçinin buyurub: "Səhər yeməyi yeyərək oruc tutmaq üçün özünüzü gücləndirin. Habelə günorta yatmaqla gecə oyanıb ibadət etmək üçün özünüzü gücləndirin."

İmam Sadiq (ə) buyurur: "Allaha dua etməyin ən yaxşı vaxtı sübh vaxtıdır, necə ki, Allah buyurur: "Səhərlər "Allahdan" bağışlanma diləyirdilər." (Zariyat surəsi, ayə 18)

Mübarək Ramazan ayının səhərlərində oxunan ən mühüm dualar

Bir rəvayətə görə, hər gecə günəşin doğmasına yaxın olan sübh vaxtı behiştin qapıları açılır və rəhmət mehləri əsər.

Ramazan ayının gecələrində sübh üçün Məsumlardan (ə) çoxlu dualar gəlmişdir ki, onların da ən mühümlərindən biri İmam Zeynul-Abidinin (ə) nəql etdiyi "Əbu Həmzə Somali" duasıdır. Həmçinin "Səriul-İcabə" kimi tanınan bir duadır ki, İmam Baqirdən (ə) nəql olunub və Allahın elm xəzinələrindən sayılır.

3895727

Teqlər: ramazan ayı ، dua ، səhər ، aramlıq ، namaz
captcha