IQNA

Dubay Beynəlxalq Quran Müsabiqəsinin qalibləri elan olunub

19:04 - April 16, 2022
Xəbər sayı: 3492075
25-ci Dubay Beynəlxalq Qurani-Kərim müsabiqəsinin qalibləri elan edilib və mükafatları təqdim edilib. Mərasimdə həmçinin ilin ən üstün islami şəxsiyyəti də elan olunub.

"İQNA", BƏƏ Xəbər Agentliyinə istinadən xəbər verir ki, 25-ci Dubay Beynəlxalq Qurani-Kərim Müsabiqəsinin bağlanış mərasimi keçirilib. Bu mərasimdə bu müsabiqənin qalibləri elan olunub və mükafatlarını alıblar.

Bu müsabiqənin qaliblərinin adları belədir:

Birinci yer Əlcəzairli Bubəkr Abdul-Hadi olub. İkinci yeri Seneqaldan Əl-Hacı Şeyx Cah və Misirdən Səd Cabir Məhəmməd bölüşüb. Üçüncü yerin qalibi yoxdur. Dördüncü yeri amerikalı Əbrar Məhəmməd Camaluddin və mavritaniyalı Musa Əhməd Əal bölüşüblər.

Həmçinin Şeyx İbrahim İbn Əl-Əxzər İbn Əli Əl-Qəyyim uzun müddət Qurana göstərdiyi xidmətə və Quran yarışlarının keçirilməsinə köməklik göstərdiyinə görə bu yarışmanın təşkilatçıları tərəfindən ilin ən üstün İslami şəxsiyyəti seçilib və ona mükafat verilib.

مسابقات قرآن دبی

مسابقات قرآن دبی

مسابقات قرآن دبی

مسابقات قرآن دبی

مسابقات قرآن دبی

مسابقات قرآن دبی

4049713

captcha