IQNA

"Ər-Rizvan" Dünya Mükafatı 54 ölkənin iştirakı ilə başa çatır

19:00 - April 17, 2022
Xəbər sayı: 3492082
Astan Qüds Rəzəvinin elm və mədəniyyət təşkilatının beynəlxalq işlər üzrə müavini ilk beynəlxalq "Ər-Rizvan" mükafatında 54 ölkədən 50 min Quran fəalının iştirak etdiyini və aprelin 18-də Beynəlxalq Mükafatın bu dövrünün başa çatacağını açıqlayıb.

Astan Qüds Rəzəvi Elm və Mədəniyyət Təşkilatının beynəlxalq işləri üzrə müavini Höccətül-İslam vəl-müslimin Seyyid Məhəmməd Zülfüqari İQNA-ya müsahibəsində ilk Beynəlxalq Ər-Rizvan mükafatının keçirilməsinə toxunaraq deyib: "Quran müəllimlərinə həsr olunan Ər-Rizvan Mükafatında 54 ölkədən 35695 Quran fəalı və 2412 Quran müəllimi iştirak edib. Bu kursun bağlanış mərasimində İslam dünyasının ən yaxşı 10 Quran müəllimi Astan Qüds Rəzəvi tərəfindən mükafatlandırılacaq."

O əlavə edib ki, həqiqətdə Quran müəllimləri, təlimatçıları və tərbiyəçiləri ilahi kəlamla ən çox tanış olanlardır. Onlar müsəlmanların evlərində keçirdikləri Quran məclislərindən və uşaq bağçalarından tutmuş məscidlərə, məktəblərə, universitetlərə, seminariyalara və Quran institutlarına kimi həyatın bütün sahələrində vardırlar. Qurana əməl etmək Quranın öyrədilməsinin təsirini qat-qat artırdığı üçün belə müəllimlərə ehtiram göstərmək Qurana və Quranın müsəlmanların həyatında və taleyində tutduğu yerə hörmət etməkdir.

Höccətül-islam vəl-müslimin Zülfiqari niyə bu festival üçün "Cayizə" adını seçmisiniz sualına cavab olaraq deyib: "Alimlər daim müxtəlif elmi mövzular üzərində işləyirlər. Qurumlar və qruplar da daha yüksək və daha yaxşı məqsədlərə nail olmaq və stimullar yaratmaq üçün bu pərakəndə fəaliyyətləri vahid mehvər ətrafında birləşdirməyə çalışırlar. Əslində, "Cayizə"nin rolu səyləri bir mehvər ətrafında birləşdirməkdir. Quran fəallarını həvəsləndirmək, insanları müsabiqəyə cəlb etmək, yeni istedadları üzə çıxarmaq bu festival üçün "Cayizə" adının seçilməsinin digər məqsədlərindəndir. Həqiqətdə, "cayizələr" qeyri-məhdud layihələr üçün əhəmiyyətli bir hədiyyə ayıraraq bir sahədə fəaliyyət göstərənlərin bütün enerjisini və gücünü birləşdirməyə çalışır. "Ər-Rizvan" Dünya Mükafatı da Quran üzrə istedadlı olan şəxsləri kəşf etmək üçün təşkil olunub.

4049927

captcha