IQNA

Kanadada məscidə hücum nəticəsində 5 nəfər yaralanıb

8:54 - April 18, 2022
Xəbər sayı: 3492085
Kanada polisi Torontoda məscidin qarşısında naməlum şəxslərin ibadət edənlərə atəş açması nəticəsində beş müsəlman vətəndaşın yaralandığını bildirib.

"İQNA", "Sun Daily" qəzetinə istinadən xəbər verir ki, Kanada polisindəki mənbələrin bildirdiyinə görə, Torontoda məsciddə baş verən atışma nəticəsində 5 nəfər yaralanıb.

Toronto Polis Departamentinin sözçüsü David Reidzek bildirib ki, müqəddəs Ramazan ayında səhər namazını tamamlayan bir qrup kişi Skarboro bölgəsində atəş açılması nəticəsində hücuma məruz qalıb.

Bu arada Skarboro Müsəlmanları Dərnəyinin idarə heyətinin üzvü Nədim Şeyx keçirdiyi mətbuat konfransında hadisədən narahat olduğunu bildirib.

O, səlahiyyətliləri bu hadisənin səbəbkarlarını araşdırmaq üçün əlindən gələni etməyə çağırıb. O, silah zorakılığının qarşısını almaq üçün daha çox iş görülməli olduğunu bildirib.

4050037

Teqlər: kanada ، məscid ، hücum ، yaralı ، toronto
captcha