IQNA

Əmək naziri İQNA-nın Quran Sərgisindəki stendini ziyarət edib

9:36 - April 24, 2022
Xəbər sayı: 3492118
13-cü hökumətin kooperativlər, əmək və sosial rifah naziri Beynəlxalq Quran Sərgisində iştirak edib. O, İQNA-nın stendini ziyarət edib və bu xəbər agentliyinin fəaliyyəti ilə bağlı məlumatlandırılıb.

"İQNA, xəbər verir ki, 13-cü hökumətin kooperativlər, əmək və sosial rifah naziri Höccətullah Əbdül Məliki 29-cu Beynəlxalq Quran Sərgisinin altıncı günündə bu sərgini ziyarət edib.

O, sərgidə ailəsi ilə birlikdə iştirak edib. O, yeganə ixtisaslaşmış Quran xəbər agentliyinin stendini ziyarət edib və bu onlayn medianın fəaliyyəti barədə məlumat alıb.

Xatırladaq ki, 29-cu Beynəlxalq Quran Sərgisi aprelin 16-dan etibarən iki həftə ərzində Tehranın müsəllasında vəhy kəlamı ilə maraqlananlar üçün açıq olacaq.

Həmçinin, bu sərgi ilə paralel olaraq iqfa.ir saytında Qurani-Kərimin virtual sərgisi də qurulub.

4051528

Teqlər: Əmək naziri ، quran ، sərgi ، stend ، media
captcha