"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, İsveç dövlət televiziyasının rəhbərliyi Qurani-Kərimin nüsxəsini yandıran ekstremist isveçli-danimarkalı siyasətçini tənqid etdiyinə görə jurnalisti işdən çıxarmaq qərarına gəlib.
İsveç Xəbər Şəbəkəsinin (STV) Cənubi Regional Xəbərlər Direktoru Anton Svandsen, deyib ki, araşdırmalar zamanı məlum olub ki, jurnalist şəbəkədə tərəfsizlik prinsipini pozub. Buna görə də, araşdırmanın bitdiyini və onun işdən çıxarıldığını vurğulayıb.
Müxbir, Rasmus Paludanın davranışının təxribat xarakterli olduğuna işarə edərək deyib: "Axmaq öz evinə get."
Qeyd edək ki, Paloudan çoxlu müsəlmanların yaşadığı İsveçin Göteborq şəhərində etdiyi çıxışda İslamı və İslam Peyğəmbərini (s) bilərəkdən təhqir etmişdi.
Paludana hücum dalğasından sonra o, dinlərin tənqidinə icazə verən İsveç qanunlarını pozmadığını açıq şəkildə bəyan etməklə öz davranışına haqq qazandırmışdı.