IQNA

Malayziyada Quranın Çincə tərcüməsinin təqdimatı olub

12:46 - April 28, 2022
Xəbər sayı: 3492144
Malayziyanın Selanqor əyalətinin sultanı Quranın Çin dilinə əvvəlki tərcümələrlə müqayisədə xüsusi xüsusiyyətləri olan yeni tərcüməsini təqdim edib.

"İQNA", "New Street Times"-a istinadən xəbər verir ki, Resto Fondu tərəfindən Şah Aləmdəki Salangur Beynəlxalq İslam İncəsənəti Kompleksində nəşr olunan bu tərcüməni Selanqor sultanı Sultan Şərafuddin İdris şah təqdim edib.

Bu mərasimdə Sultan və həyat yoldaşı bu kolleksiyanın İslam İncəsənət Qalereyasını da ziyarət ediblər.

Resto Fondunun icraçı direktoru Əbdül Lətif Mirasa çıxışında deyib: "Quranda ayələrin məna və izahını təmin etmək üçün Çin dilinə tərcümədə 2000-dən çox haşiyə var."

O, deyib ki, bu tərcümə  əvvəlki tərcümələrdən daha axıcıdır. Həmçinin bildirib ki, bu Quranın çapı ilkin mərhələdə beş min nüsxə ilə həyata keçiriləcək və növbəti çapın sayı toplanan büdcədən asılı olacaq.

4052746

Teqlər: malayziya ، quran ، Çincə ، tərcümə ، təqdimat
captcha