IQNA

Quran baxımından hicrət

15:48 - April 29, 2022
Xəbər sayı: 3492149
"Bəqərə" surəsinin 218-ci ayəsinə əsasən, mömin öz ölkəsində fitnə-fəsad görsə, hidayətə, inkişafa və agahlığa nail olmaq üçün hicrətə hazır olmalıdır.

Beynəlxalq Əl-Mustafa (s) Universitetinin elmi heyətinin üzvü Məhəmməd Əli Mirzai, İQNA-nın "Ayələr və Həyat" mövzusunda hazırladığı mühazirələr silsiləsinin 27-ci hissəsində o, "Bəqərə" surəsinin 218-ci ayəsinə əsasən, vurğulayıb ki, insanın imanı nə qədər güclü olarsa, möminin hicrət etmə ehtimalı da bir o qədər çox olar.

İnsan öz vətənində və torpağında yaşadığı bütün şəraitdə kamilləşmək, böyümək yolunda problemlərlə, maneələrlə qarşılaşır və heç də hər zaman hər şey onun istədiyi kimi olmur. Uca Allah "Bəqərə" surəsinin 218-ci ayəsində möminləri və insanı hicrət etməyə dəvət edir.

Hicrət məsələsi mühüm məsələdir. Çünki insanın vərdiş etdiyi torpaqdan ayrılıb ailəsini, qəbiləsini, vətənini tərk etmək və hicrət etmək üçün əqli qabiliyyət və xüsusiyyətlərə ehtiyacı var.

Uca Allah bu ayədə buyurur: "Həqiqətən iman gətirmiş kəslər və hicrət edərək Allah yolunda cihad etmiş kəslər ilahi rəhmətə ümidvardırlar."

Bu ayədə gördüyümüz əsas mehvərlərdə hicrət sözünə diqqət yetiririk.

Çünki mühacirin ayrılmaq qabiliyyəti olmalıdır. Vəziyyətin qeyri-sabitliyinə dözməlidir. Çünki mühacirətin öz problemləri var.

Uca Allahdan diləyirik ki, zülmətdən və fitnədən uzaq olmaqda bizə yardımçı olmalıdır ki, hidayət, inkişaf və agahlıq amilləri ilə hidayət oluna bilək.

Teqlər: quran ، hicrət ، mömin ، inkişaf ، agahlıq
captcha