IQNA

Astan Hüseyni Darul-Quranının direktoru İQNA-nı ziyarət edib

10:17 - May 02, 2022
Xəbər sayı: 3492159
Astan Hüseyninin Kərbəladakı Darul-Quranının direktoru Şeyx Xeyrəddin Əli əl-Hadi Quran Akademikləri Təşkilatı və İQNA xəbər agentliyini ziyarət edib.

"İQNA", xəbər verir ki, bu ziyarət bu gün, Mayın 1-də baş tutub. Quran Akademikləri Təşkilatının rəhbəri və İQNA-nın icraçı direktoru Məhəmməd Hüseyn Həsəni, Şeyx Xeyrəddin Əli əl-Hadini qarşılayıb.

Astan Hüseyni Darul-Quranının direktoru bu medianın müxtəlif xəbər xidmətlərinin, eləcə də beynəlxalq redaksiyasının fəaliyyəti, bu xəbər agentliyinin müxtəlif dilləri və İQNA-nın 20 dilinin tərcüməçilərinin necə işlədiyi ilə tanış olub.

Şeyx Xeyrəddin Əli əl-Hadi daha sonra Mobin Multimedia Production Studio-ya baş çəkib və İQNA-nın ərəb xidmətinin katibi ilə danışıqlar aparıb.

Astan Hüseyni Darul-Quranının direktoru İQNA-nı ziyarət edib

Şeyx Xeyrəddin Əli Əl-Hadi daha sonra İQNA xəbər agentliyinin müavini ilə səmimi görüşdə iştirak edərək Media fəaliyyətinin konsolidasiyası barədə danışıqlar aparıb və deyib: "Astan Hüseyninin İrandakı müxtəlif Quran mərkəzləri ilə ikitərəfli əməkdaşlığını inkişaf etdirmək şərəfdir."

4054097

captcha