IQNA

20:50 - May 04, 2022
Xəbər sayı: 3492179
Bir ay oruc tutandan sonra oruc tutanları mübarək bayram gözləyir. Bu bayram o şəxslərin bayranıdır ki, Allah qonaqlığında bəndəlik və xoşbəxtliyə layiq oldular.

Mübarək Ramazan ayı bitdikdən sonra Şəvval ayının ilk günü Fitr bayramı kimi qeyd olunur. Fitr bayramı müsəlmanların ən böyük bayramlarından biridir. Göydə hilalı görüldükdə Ramazan ayının sonu və Şəvval ayının başlanğıcı xəbər verilir. Şəvval ayının birinci günü Fitr bayramının gəlişi deməkdir. Bu gündə oruc tutmaq haramdır.

İslam Peyğəmbəri (s) Fitr bayramı haqqında buyurmuşdur: "Fitr bayramı gecəsi çatdıqda Allah əməl edənləri hesabsız mükafatlandırar. Bayram səhəri gələndə Allah mələkləri hər şəhərə göndərər. Beləcə, yerə enib xiyabanlar və keçidlərin başında durub deyirlər: Ey Məhəmmədin ümməti! Sizi çoxlu mükafatlandıracaq və böyük günahlarınızı bağışlayacaq Rəhman Rəbbinizin hüzuruna çıxın." (Əmali Mufid, səh. 2; İqbalul-Əmal, cild 1, səh. 5)

Bu gün müsəlmanlar mallarının bir hissəsini fitrə zəkatı olaraq yoxsullara verirlər. Həmçinin bir yerə toplaşaraq Fitr bayramı namazını camaatla qılırlar. Fitr bayramında malın bir hissəsini fitrə zəkatı olaraq çıxartmaq oruc ibadətinə layiqli və tamamlayıcı bir əməl kimi qeyd edilmişdir. Bu fitrə zəkat az olsa da, müsəlmanların cəmiyyətin yoxsul və zəiflərinə diqqətini göstərir. Həmçinin möminlərin cəmiyyətdəki insanların ehtiyaclarını ödəmək üçün göstərdikləri səyləri göstərir.

İmam Cəfər Sadiqdən (ə) gələn rəvayətə görə, Həqiqətən zəkat verən nicat tapdı" (Əla, ayə 14) ayəsi fitrə zəkatını verən şəxs barədədir. İmam Cəfər Sadiqdən (ə) başqa bir rəvayətdə də nəql olunur ki, kim orucunu layiqli söz və əməllə bitirsə, Allah onun orucunu qəbul edər. O Həzrət fitrə zəkatının verilməsini layiqli əməl kimi təqdim etmişdir.

Amma müsəlmanlar zəkat verməklə yanaşı, Fitr bayramı səhəri camaat namazına da düzülür. Müsəlmanlar bir aylıq oruc tutduqdan sonra bir-birlərini Fitr bayramının gəlişi münasibətilə təbrik edir və bu günü birlikdə qeyd edirlər. Fitr bayramını namazını qılmaqla isə Rəbbilərinə şükür edirlər. Bir ay oruc tutub pis əməllərdən çəkindikdən sonra pislikdən və çirkinlikdən öz Rəbbilərinə sığınırlar.

Görünür, Fitr bayramının namazını qılmaq növbəti müqəddəs Ramazan ayının gəlişini gözləməyin başlanğıcıdır.

 

Ad:
E-poçt:
* Comment:
* captcha: