IQNA

20:56 - May 04, 2022
Xəbər sayı: 3492180
Fitr bayramının ən gözəl vəsfini İslam Peyğəmbərinin (s) kəlamında axtarmaq lazımdır. O Həzrət fitr bayramını mükafat günü adlandırmışdır.

Fitr bayramı oruc tutanların mükafatıdır. Bu bayram oruc tutanları qarşılayan və oruc tutanların əməllərinin qəbul olunacağını müjdələyən bayramdır. Fitr bayramı oruc tutanlar üçün böyük mükafatdır. Bu mükafatın təməlində möminlər və oruc tutanlar üçün Allah tərəfindən daha böyük mükafatlar var. Beləliklə, bu gün, Allah tərəfindən mükafat vermək və saleh bəndələrin mükafat almaq günüdür. İslam Peyğəmbərinin (s) bu günü vəsf etdiyi kimi, mükafat günüdür. Bu gündə Allah saleh bəndələrinə hədiyyələr və mükafatlar verir. Həmçinin bəndələrindən istəyir ki, arzu etdikləri mükafat və hədiyyəni Rəbbilərindən istəsinlər.

İslam Peyğəmbəri (s) bir rəvayətində Fitr bayramının fəzilətindən bəhs etmiş və onu belə vəsf etmişdir:
İbn Abbasdan rəvayət olunur ki, o, Allah Rəsulunun (s) belə buyurduğunu eşidib: "...Və mükafat gecəsi adlanan Fitr bayramı gecəsi gəlib çatdıqda Allah əməl sahiblərinə haqq-hesabsız mükafat verər. Bayram səhəri gələndə Allah mələkləri hər şəhərə göndərər. Beləcə, yerə enib xiyabanlar və keçidlərin başında durub deyirlər: Ey Məhəmmədin ümməti! Sizi çoxlu mükafatlandıracaq və böyük günahlarınızı bağışlayacaq Rəhman Rəbbinizin hüzuruna çıxın.

Bayram namazı qılınan yerə getdikdə isə Allah-taala mələklərə buyurar: Ey mələklərim, işçi öz vəzifəsini yerinə yetirdikdə onun mükafatı nədir? Deyirlər: İlahi, onun mükafatı budur ki, onun mükafatını tam olaraq verəsən. Uca Allah buyurar ki, ey mələklərim, sizi şəhid tuturam ki, Ramazan ayında oruc tutanların və namaza duranların savabını Öz razılığım və məğfirətim etdim.

Habelə buyurar: Ey bəndələrim, məndən istəyin. Şərəf və izzətimə and olsun ki, bu gün axirət və dünyanız üçün bu məclisdə məndən nə istəsəniz, sizə verərəm. And olsun izzətim, nə qədər ki, siz məni qoruyucunuz qərar versəniz və məndən qorxsanız, sizin günahlarınızı və eyiblərinizi örtəcəyəm. İzzətimə and içirəm ki, sizi əzabdan qoruyacağam və cəhənnəmdə əbədi olanların yanında rüsvay etməyəcəyəm. Qayıdın, hamınız bağışlandınız. Siz Məndən, Mən də sizdən razıyam.

Peyğəmbər (s) buyurur: "Beləliklə, mələklər Ramazan ayının iftarında Allahın bu ümmətə bəxş etdiyi hədiyyə ilə bağlı bir-birlərini xəbərdar edir və təbrik edirlər."
(Əmali Mufid, səh. 2; İqbalul-Əmal, cild 1, səh. 5)

Ad:
E-poçt:
* Comment:
* captcha: