IQNA

Misirin keçmiş Şeyxül-qürrasının xatirəsinə Quran məclisi təşkil edilib

14:09 - May 05, 2022
Xəbər sayı: 3492184
Keçmiş Qarilər Şeyxi, Misir Qarilər və Hafizlər Assosiasiyasının keçmiş rəhbəri Şeyx Məhəmməd Mahmud Təblavinin vəfatının ikinci ildönümü ilə əlaqədar mayın 5-də Qurani-Kərim məclisi keçirilir.

"İQNA", "Sədyül-bələd"-ə istinadən xəbər verir ki, bu Quran məclisi bu görkəmli misirli qarinin vəfatının ikinci ildönümü münasibətilə mərhum Təblavinin ailəsi tərəfindən Qahirənin cənubundakı "Əl-Əbaciyə" bölgəsində keçirilir.

Misir Qarilər və Hafizlər Birliyinin rəsmi sözçüsü Məhəmməd Əl-Saati deyib: "Bu məclisdə Misir Quran Qarilər və Hafizlər Dərnəyinin nümayəndə heyəti də iştirak edəcək".

Mərhum Məhəmməd Mahmud Təblavi 1934-cü il noyabrın 14-də anadan olmuş Misir və İslam dünyasının aparıcı oxucularından olub. Misirli yazıçı və jurnalist Mahmud əl-Sədaninin dediyinə görə, o, dahi qarilər təsbehinin son muncuğu olub.

O, 10 yaşında Quranı bütünlüklə əzbərləməyi bacarıb, 16 yaşında isə bir çox böyük Misir ailələrinin sevimli qiraətçisinə çevrilib.

Mərhum Təblavi sağlığında 80 ölkəni gəzmiş və bir çox beynəlxalq Quran yarışmalarında hakim kimi iştirak etmiş və "Zamanın fenomeni" ləqəbini almışdır.

Şeyx Məhəmməd Mahmud Təblavi 5 may 2020-ci ildə 86 yaşında vəfat edib.

4054812

Teqlər: misir ، quran ، qari ، qiraət ، Şeyx Təblavi
captcha