IQNA

10:56 - May 15, 2022
Xəbər sayı: 3492233
Virciniya ştatında artan islamofob cinayətlər ştatdakı müsəlmanları narahat edir. Onlar bu cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün milli və yerli hüquq təşkilatlarını dəstəkləməyə çağırırlar.

"İQNA", "VPM"-ə istinadən xəbər verir ki, islamofobiya ABŞ-da və bütün dünyada artan bir problemdir. Ekspertlər bildirirlər ki, Virciniya ştatında baş verən son hadisələr müsəlmanların hələ də bu cür ayrı-seçkiliyə qarşı mübarizə apardığını göstərir.

Keçən ay Ramazan ayında təxribatçılar "Short Pump"-da "West End" İslam Mərkəzinə hörmətsizlik etdilər. Bu, son altı ayda ikinci dəfədir ki, mərkəz islamofob hücumların hədəfi olur.

Bu ilki hesabata görə, keçən il ABŞ-da islamafobiya ilə bağlı 6720 şikayət olub ki, bu da 2020-ci ilə nisbətən 9 faiz çoxdur.

Son təxribatın ardınca Virciniya qubernatoru Qlenn Yanqkin Henrikodakı mərkəzə baş çəkib və onu dini azadlığa hücum adlandıraraq pisləyib.

O deyib ki, cəmiyyət olaraq biz hər cür zorakılığa, xüsusən də ibadətgahlara və dindarlara qarşı olan zaman birlikdəyik.

4056843

Ad:
E-poçt:
* Comment:
* captcha: