IQNA

62-ci Malayziya Beynəlxalq Quran Yarışmasına qeydiyyat başlayıb

10:05 - May 15, 2022
Xəbər sayı: 3492235
62-ci Malayziya Beynəlxalq Quran qiraəti və hifzi müsabiqəsi Korona epidemiyası ilə əlaqədar məhdudiyyətlər səbəbindən iki illik fasilədən sonra bu il may ayının sonundan etibarən bir həftə ərzində keçiriləcək.

İQNA, "ICRO"-ya istinadən xəbər verir ki, Bu yarışlara qeydiyyat onlayn aparılır. Hər ölkədən bir nümayəndə (kişi və qadın) olacaq.

Müsabiqənin ilk günü iştirakçılar 13 yaş və ya daha yuxarı olmalıdır.

İştirakçılar Qurani-Kərimi Ustad Menşəvi və Ustad Əbdül-Basitin üslubunda tilavət etməkdə mahir olmalıdırlar.

Qəbul üçün son tarix 18 may 2022-ci ildir. Bu müsabiqənin seçim mərhələsi mayın 21-dən onlayn rejimdə keçiriləcək və mayın 28-dək davam edəcək.

Bu yarışlar Malayziya İslam İnkişafı İnstitutu (Cakim) tərəfindən Quranı bütövlükdə əzbərləmək və qiraət üzrə keçiriləcək.

Yarım əsrdən artıq tarixi olan Malayziya Beynəlxalq Quran Hifzi və Qiraəti Yarışması səhər və günortadan sonra keçiriləcək.

4056739

Ad:
E-poçt:
* Comment:
* :