IQNA

Quranın xristian kimliyinin güclənməsində rolu

10:37 - May 19, 2022
Xəbər sayı: 3492254
Almaniyanın Köln Universitetinin ilahiyyat ustadı Klaus fon Ştavç hesab edir ki, Qurani-Kərim Həzrət Məryəm (s) hekayətində onun paklığını vurğulayaraq, Məsihin Anasının (s) şəxsiyyətinin məhv edilməsinin qarşısında durmuş və xristian kimliyinin möhkəmlənməsinə kömək etmişdir.

"İQNA", xəbər verir ki, Klaus von Stavç Almaniyanın Köln Universitetinin Sistematik İlahiyyat ustadıdır. O, Kölndə anadan olub, Bonn Universitetində və Frayburq Universitetində katolik ilahiyyatı üzrə təhsil alıb.

"Katholisch.de" saytının məlumatına görə, o, Quranın xristianlıq üçün əhəmiyyətindən bəhs edən məqaləsində xristianlıq və islam arasındakı ortaq cəhətlərdən və dinlərarası dialoq üçün bu ortaq cəhətin əhəmiyyətindən bəhs edir.

Stavçun nəzərinə görə, Quran xristian kimliyini gücləndirməyə kömək edə bilər. O, Bonn Universitetində keçirilən tədbirdə deyib ki, xristianlığa qarşı tənqidlər doğrudur. Çünki Xristianlıq imperialist sistem tərəfindən siyasi olaraq istifadə ediləcəyinə şübhə olmayan bir istiqamətə doğru irəliləyir və bu, xristianlığa bir xəbərdarlıqdır. Məsihi bütləşdirmək təhlükəsi indi xristianlar üçün mövcuddur. Quran ayələri bu təhlükəni açıq şəkildə qeyd edir və insanları ondan uzaqlaşdırır.

Stavç İsanın (ə) anası Məryəmin əhvalatı ilə Quranın xristian kimliyinin gücləndirilməsindəki roluna aydınlıq gətirib.

O, Quranın nazil olmasından əvvəl bəzi xristian ənənələrinin Məryəmin (s) ülvi və pak şəxsiyyətini məhv etməyə başladığını bildirb.Quran ayələrinin nazil olması ilə bu məsələnin aradan qalxdığını qeyd edib.

4057630

Teqlər: quran ، xristian ، məryəm ، məsih ، təhlükə
captcha