IQNA

Əbdül-Basit hansı qarilərin qiraətini xoşlayırdı?

9:17 - May 23, 2022
Xəbər sayı: 3492272
Misirin və İslam dünyasının məşhur qiraəti Əbdül-Basit Məhəmməd Əbdüs-Səmədin "Məl-Məşahir" proqramı ilə müsahibəsinin videosu kiberməkanda yayılıb. O, öz dövrünün qarilərinin qiraətinə maraq göstərdiyini bildirib.

"İQNA", xəbər verir ki, ustad Əbdül-Basit "Məşhurlarla" verilişində yayımlanan filmdə və Səudiyyə Ərəbistanının "Zikriyyat" peyk şəbəkəsində verilişin aparıcısı ilə müsahibəsində Misir qiraətinin qızıl dövrünün qarilərinə maraq göstərmişdir.

Aparıcı bu verilişdə inadla və məharətlə bəzi məşhur qarilərin adını Ustad Əbdül-Basitin dilinin altından çəkib çıxarır.

Aparıcı: Hansı qarini daha çox bəyənirsiniz?

Əbdül-Basit: Onların hamısı mənim qardaşlarımdır.

Aparıcı: Əlbəttə ki, siz diplomatik cavab verdiniz. Amma zəhmət olmasa ad verin.

Əbdül-Basit: Ustad Məhəmməd Rəfətin qiraətlərini çox bəyənirəm və radioda ona qulaq asıram. Mən həmçinin ustad Əbdül-fəttah Şaşai və ustad Mustafa İsmayıl və Mahmud Əli əl-Bənna ilə dostam. Onların hamısı xeyir və bərəkət səbəbidir.

Aparıcı: Ən çox hansını görürsən və onunla səyahət edib proqramda qiraət etmisən?

Əbdül-Basit: Ustad Mustafa İsmayıl.

kod

4058592

Teqlər: Əbdül-Basit ، qari ، qiraət ، misir ، müsahibə
captcha