IQNA

9:48 - May 25, 2022
Xəbər sayı: 3492286
İslamda başqalarının haqqına riayət etmək vacibdir. Əxlaq elmində bir qızıl qayda var. O da budur ki, özün üçün bəyəndiyin hər bir şeyi başqaları üçün də bəyən. Özün üçün bəyənmədiyin heç bir şeyi başqaları üçün də bəyənmə.

"İQNA", xəbər verir ki,Höccətül-islam vəl-müslimin Seyyid Məhəmməd Baqir Ələvi Tehrani əxlaqi söhbətlərinin birində deyib: İmam Sadiq (ə) buyurur: "Müsəlmanın müsəlman üzərində altı vacib haqqı vardır ki, onu tərk etmək olmaz. Əgər bir şəxs bu yeddi haqqdan birini tərk edərsə, Allahın vilayətindən çıxmış olar və şeytanın vilayətinə daxil olar".

Bəzən dindarlar arasında görünür ki, onlar yalnız namaz kimi ibadətlərə diqqət yetirirlər, başqalarının haqqı kimi məsələlərdən qəflətdədirlər. Amma bu hüquqlar o qədər əhəmiyyətlidir ki, bunu etməsək, hətta namazda da uğur qazana bilmərik.

İmam Sadiq (ə) sözünə davam edərək buyurdu: "Mən narahatam ki, sizə bu haqqları deyəm və onları tərk edəsiniz və onlara əməl etməyəsiniz".

Sual verən şəxs deyib ki, mən bu hüquqlara riayət edirəm. Sonra İmam həmin hüquqları bəyan edib buyurdu: "Birincisi budur ki, özün üçün sevdiyini qardaşın üçün də sev. Özün üçün istəmədiyini qardaşın üçün də istəmə. Bütün əxlaq kitablarında qeyd olunan qızıl bir qayda var və əxlaqın xülasəsi bu qaydadadır. Bütün əxlaqi sözlər bu cümlədədir və əxlaq müəllimi görüb, əxlaq kitabı oxumağa ehtiyac yoxdur. O qayda budur: "Özün üçün bəyəndiyin hər bir şeyi başqaları üçün də bəyən. Özün üçün bəyənmədiyin heç bir şeyi başqaları üçün də bəyənmə".

Bu, əxlaq elminin qızıl qaydasıdır. Hər kəs bu qaydaya riayət etsə, ilahi cəmiyyət (Mədineyi fazilə) yaranar. İkinci haqq isə onu qəzəbləndirməkdən çəkinməkdir. Üçüncüsü, canı, malı və dili ilə ona kömək etməkdir. Dördüncüsü, onun gözü və yolgöstərəni olmaqdır. Beşincisi budur ki, sən tox, o isə ac olmasın, sən su içmiş o isə susuz olmasın. Altıncısı budur ki, əgər sənin qulluqçun varsa və onun yoxdursa, qulluqçunu göndərməlisən ki, onun paltarını yusun və onun üçün yemək hazırlasın.

4054199

Ad:
E-poçt:
* Comment:
* captcha: