IQNA

15:54 - May 25, 2022
Xəbər sayı: 3492289
Dünyada Quran tilavətinin dahilərindən olan mərhum Ustad Məhəmməd Rəfətin nadir qiraətləri onun övladları tərəfindən Misir hakimiyyətinə verilib ki, bu qiraətlər yaxşılaşdırıldıqdan sonra arxivə verilsin.

İQNA, "Əd-düstur"-a istinadən xəbər verir ki, Ustad Məhəmməd Rəfətin nəvələri Hüseyn Məhəmməd Rəfət və Ələddin Hüseyn Məhəmməd Rəfət 19-20-ci əsrlərdə Misir Quran qiraətinin ən parlaq ulduzlarından biri kimi onun nadir qiraətlərini ölkənin media istehsalı mərkəzinə çatdırıblar.

Media prodüser mərkəzi özünün ən müasir texnologiyalar və yeni avadanlıqlarla təchiz olunmuş kino irsi bölməsində təcrübəli texniki qrupların nəzarəti altında bu nadir qiraətlərin təmiri və yenidən bərpası ilə məşğul olmalıdır.

Qeyd edək ki, Şeyx Məhəmməd Rəfətin məlahətli və həzin səsi təkcə müsəlmanların deyil, digər tövhid dinlərinin ardıcıllarının da qəlbində böyük təsir bağışlayırdı. Onun səsini eşidən bir çox insan İslamı qəbul etmişdir.

4059553

Ad:
E-poçt:
* Comment:
* captcha: