IQNA

İslam mətnlərində yoxsulluğa 5 baxış

20:37 - May 25, 2022
Xəbər sayı: 3492292
Bəzən sual yaranır ki, İslamın yoxsulluq və var-dövlət haqqındakı ayələrinə görə yoxsulluq və zənginliyə baxışı necədir və hansını dəyərli hesab edir? Amma İslam mətnlərini tədqiq etdikdə məlum olur ki, bu sualın cavabı o qədər də sadə deyil.

İslam mətnlərində yoxsulluğa 5 baxışİQNA, xəbər verir ki, Humanitar və Mədəniyyət Elmləri İnstitutunun elmi heyətinin üzvü Seyyid Məhəmməd Hadi Girami İslamın iqtisadi məsələləri ilə bağlı belə yazıb: "İslam mətnlərinə müraciət etdikdə məlum olur ki, "kasıblıq", "zənginlik", "sərvət" və s... məsələlər barədə vahid fikir təqdim etmək ümumiyyətlə mümkün deyil".

İslami mətnlərin İslam elminin elmi araşdırmaları prizmasından tədqiqi göstərir ki, bu mətnlər onlar haqqında tamamilə şəxslərin zehninə bağlı yanaşmanı təsvir edir. Yəni "yoxsulluq" və "zənginlik" tamamilə obyektiv və şəxsi düşüncələrdən ayrı iki fenomen kimi təsvir olunmur. İslam xəbərlərində bu fikirlər insana və onun tarixi cəhətinə aid hadisələr kimi təqdim edilmişdir. Zəngin və kasıb insanlar şərait və fərdi düşüncələr kontekstində araşdırılıb.

Bu iqtisadi məfhumlarla İslam mətnləri baxımından minimal məlumata sahib olmaq istəsək, belə görünür ki, onlarla davranışın cəmi beş növü var:

1_ O yerdə ki, kasıblıq təriflənib. Peyğəmbər (s) buyurub: "Mən fəqirliklə fəxr edirəm". Həmçinin deyilir ki, Qiyamət günü fəqirlər cənnətə ilk girənlər olacaqlar.

2_ Fəqirliklə mənfi davranış. "Fəqirliyin küfrlə nəticələnməsi yaxındır".

3_ Sərvət haqqında da məlumatlar var ki, ailə üçün zənginliyin inkişafını təqdir edir.

4_ "Kənz" ayəsi kimi sərvəti haram edən xəbərlər də var: "Ey iman gətirənlər, şübhəsiz, kitab əhlinin alimlərindən və rahiblərindən bir çoxu camaatın mallarını haqsız yerə yeyirlər və (camaatı) Allah yolundan saxlayırlar. Qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən kəslərin hamısını ağrılı bir əzabla müjdələ". (Tövbə surəsi, ayə 34). Həmçinin deyilir ki, qiyamət günü cənnətə ən son girənlər zənginlərdir.

5_ "Kifaf" kifayət edəcək qədərlə bağlı xəbərlərimiz var ki, onlara daha az diqqət olunur. "Kifaf" əslində yoxsulluq və var-dövlət arasında bir vəziyyətdir ki, insan nə az gətirir, nə də əlavə edir. İnsan qazandığı qədər xərcləyir. Bu vəziyyət yüksək qiymətləndirilir. Allahın xüsusi bəndələrinin bu mövqedə olduğu deyilir.

Ona görə də bu hallar qarşısında sual olunur ki, İslamda yoxsulluq yaxşıdır? İmkanlı olmaq? Yoxsa kifayət edəcək qədərə sahib olmaq? Bu cür sorğu adresin yanlış verilməsidir. İslam mətnlərini səhv başa düşmək üçün müqəddimədir. Çünki İslam tarixi və sünnəsinin düzgün başa düşülməsi bu kateqoriyalara tam realist və ontoloji yanaşmadan xəbər verir.

Başqa sözlə, bu hadisələrə xas yanaşma düzgün deyil. Bunları tək bir cümlə kontekstində başa düşmək olmaz, ancaq Quran və hədislərdə yoxsulluq, var-dövlət, kifayət edəcək qədərə sahib olmaq və s... xəbərlərin ümumi kontekstində həmişə başa düşülməlidir.

4055336

captcha