IQNA

14:57 - May 27, 2022
Xəbər sayı: 3492298
Tatarıstan Respublikasının baş müftisi Şeyx Kamil Səmiullah BƏƏ-nin Şarcə şəhərində Quran Məclisinə Kazan çapı olan nadir Quran nüsxəsini hədiyyə edib.

İQNA, "alkhaleej.ae" xəbər saytına istinadən xəbər verir ki, Şarcə Quran Assambleyasının rəhbəri Şirzad Əbdür-Rəhman Tahir bununla bağlı deyib: "Quranın bu nadir nüsxəsi miladi 1803-cü ilə aid Quranın ən qədim litoqrafiyalarından biridir".

O, əlavə edib ki, Quranın bu qədim nüsxəsi Tatarıstan Respublikasında çox məşhur olan "Kazan Bəsmə" adlanır.

Şirzad Əbdür-Rəhman Tahir bildirmişdir ki, bu Quran tarix boyu tatar alimlərinin səylərinin nəticəsidir və "Bəsmə" adlı gözəl Kazan xətti ilə yazılmış bir Qurandır.

Şarcə Quran Məclisinin sədri bildirib ki, o dövrdə bu Quranın iki nüsxəsi nəşr olundu, birincisi böyüklər üçün idi və iki cilddə böyük həcmdə nəşr olundu. Amma kiçik həcmlə 10 cilddə çap olunan ikinci nüsxə daha kiçik yaş qrupu üçün idi.

Sonda o deyib ki, Qurani-Kərimin bu nadir və qiymətli nüsxəsi o zaman Asiya mətbəəsində çap olunub.

4059903

Ad:
E-poçt:
* Comment:
* captcha: