IQNA

20:10 - May 28, 2022
Xəbər sayı: 3492305
Axırəz-zamanda və İmam Mehdininin (ə) zamanında baş verəcək fəth Allahdandır. Məhdəvi hökuməti öldürməklə dünya sülhünə nail ola bilməz. Qlobal hərəkatın mənşəyi müharibə və münaqişə ola bilərmi?

Həzrət Mehdinin (əc) axırəz-zamandakı zəfəri öldürməyi tələb etmir"Mehdi", axırəz-zamanda gələcəyi, dünyada sülh və ədaləti bərqərar edəcəyi, Allahın rəhmət mesajını dünyaya hakim edəcəyi vəd edilən şəxsiyyətin adıdır.

Allah İslam cəmiyyətinin qələbəsindən bəhs edərkən "fəth" kəlməsini işlədir: "(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman". (Nəsr surəsi, ayə 1). Yəni ilahi kömək gəldiyi zaman bütün düşmənlərin, bədxahların və zalımların kənara çəkiləcək və fəth baş verəcəkdir.

İnsanları öldürməklə sülh ola bilməz

Dini mədəniyyətdə fəth və qələbə izzət gətirir. Həzrət Mehdinin (əc) hökumətində izzət və nüsrət bir arada qeyd edilir. Yəni, Allahın iradəsi budur ki, bu hökumət ilahi izzət, Allahın köməyi və qələbəsindən bəhrələnsin. O, çətinliklə, müharibə ilə, qan tökməklə və kütləvi qırğın silahları ilə baş verməyəcək. Daha doğrusu, dini təlimlərə görə, möcüzəvi güc olan ilahi qüdrətlə baş verəcək.

Peyğəmbər (s) də Məkkəni qan tökmədən fəth etdi. Kafirlik və şirk beşiyi olan və Peyğəmbərə (s) ən böyük düşmənçilikləri olan Məkkəyə Peyğəmbərin (s) belə izzətlə və qan tökülmədən daxil olacağına heç kəs inanmırdı. Ümumiyyətlə, qlobal hərəkatın mənşəyi müharibə ola bilərmi? Bu hərəkatı yarada bilən eşq və xeyirxahlıqdır.

4054067

Ad:
E-poçt:
* Comment:
* captcha: