IQNA

Əhməd Mustafa Kamilin qiraətindən bir hissə

13:24 - May 29, 2022
Xəbər sayı: 3492307
Şeyx Əhməd Mustafa Kamil Şeyx Mustafa İsmayılın aşiqlərindən, müridlərindən və Misirin məşhur qarilərindən idi. Onun Mustafa İsmayıldan çoxlu qiraətləri var idi.

İQNA, xəbər verir ki, Şeyx Əhməd Mustafa Kamil Şeyx Mustafa İsmayılın aşiqlərindən, müridlərindən və Misirin məşhur qarilərindən idi. Onun əlində misirli qiraətçinin 3200 səs yazısı, həmçinin onun qiraətlərinin çoxlu kasetləri var idi.

O, Quranın muğamları sahəsində çoxlu tələbələr yetişdirmişdir ki, onlardan ən mühümləri Mustafa Əbu Zeyd, Mahmud Əl-Toxi və Yasir əl-Şərqavidir. Bundan əlavə, Mərakeş, Əlcəzair, Malayziya, İndoneziya, Türkiyə və Avstriyadan çoxlu tələbə bu böyük ustaddan bəhrələnib.

Həmçinin Səudiyyə Ərəbistanında Quranın qiraəti və muğamları sahəsində bir çox ustadlar ustad Əhməd Mustafa Kamilin hüzurundan faydalanıblar.

kod

4060230

captcha